Dünya şöhrətli alim, karikaturaçı rəssam

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiyamineralogiya elmləri doktoru, professor, əməkdar elmtexnika xadimi, “Şöhrət” ordenli Kərim Məmmədxan oğlu Kərimov hələ Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) oxuyarkən (1952–1957–ci illərdə) iki istiqamətdə yaradıcılıq yoluna qədəm qoymuşdur.

Azərbaycan dövlət müstəqilliyini bərpa edib, öz təbii sərvətlərinə sahiblik etməyə başladığı ilk günlərdən Kərim Kərimov ulu öndər Heydər Əliyevin işləyib hazırladığı neft strategiyasının elmi–nəzəri cəhətdən, geoloji yöndən əsaslandırılmasına rəhbərlik etdiyi Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyini tam səfərbər etmişdir. O illərdə ARDNŞ–in birinci vitseprezidenti, millət vəkili olan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən müstəqil neft siyasətinin qazandığı tarixi uğurlarda Kərim müəllimin istər bir alim, istərsə də təşkilatçı kimi mühüm rolu olmuşdur.

Respublika ictimaiyyəti dünya şöhrətli neft geoloqunu həm də illərdən bəri istedadlı karikaturaçı rəssam kimi tanıyır.

Tale bir əsrdə iki dəfə Kərimovlar ailəsini erməni vəhşiliyi ilə üzləşdirib. Babası Kərim kişi Zəngəzurun Şəki obasının qeyrətli, millət təəssübü çəkən kişilərindən olub. Erməni quldurları onun iki qardaşını gözləri qabağında qılıncdan keçirib, ocaqlarını söndürüb, obalarını yandırıb, nəslini didərgin salıb. Atası Məmmədxan kişi Fizuli rayonunda məskunlaşıb, burada təhsil alıb. Anası Afərin xala ilə burada tanış olub, ailə qurublar. Məmmədxan kişi milis sistemindəki işi ilə əlaqədar ömrünün sonuna qədər Ağdamda yaşayıb. Ailənin üç oğludörd qızı da burada doğulub, boyabaşa çatıb. Qardaşı Hüsü, bacıları Minayə, Səriyyə, Səfurə, Ofeliya ali tibbi təhsi alaraq öz sahələrində tanınmış mütəxəssis kimi adsan qazanıblar. Qardaşı Rafiq isə istedadlı rəssamdır. Kərim də 1933– ildə Ağdamda dünyaya göz açıb. Ailənin doğma ocağı, ata–anasının məzarı erməni işğalında olan Ağdamda qalıb. Vaxtilə Sisyanda dədə–baba ocağından uzaq düşən Kərimovlar nəsli erməni namərdliyinin, taleyin acılarının acığına artıb çoxalıblar, həyatda özlərinə yüksək mövqe qazanıblar. Ailənin hər bir üzvünün qəti inamı belədir ki, budəfəki erməni qəsdlərindən, fitnəkarlıqlarından xalqımız qalib çıxacaq.

Kərimovların Zəngəzurdakı və Qarabağdakı doğma obaları yenidən soydaşlarımızın nəfəsiylə qızınacaq, əbədi yurd yeri kimi canlanacaq, xalqımız bu qələbəni bayram kimi qeyd edəcəkdir.

Kərim Kərimov 1952–1957–ci illərdə hələ Azərbaycan Sənayə İnstitutunda tələbə ikən elmi–tədqiqat işlərinə meyil göstərmişdir.

Ali məktəbdəki uğurları, təşkilatçılıq qabiliyyəti 1957–ci ildə diplom alan neftçigeoloqu təbii axarla Respublika Gənclər Təşkilatında məsul vəzifələrə aparıb çıxartdı. Bu sistemdə üç il çalışandan sonra daha da irəli getmək, partiya sovet orqanlarında rəhbər vəzifələrə yüksəlmək perspektivi real olsa da, Kərim onu tanıyanların gözlədiklərinin əksinə olaraq, sevib seçdiyi ixtisas sahəsinə–neft geologiyasına qayıtdı. Bir il Elmlər Akademiyasının Dərin Neft Qaz Yataqları Problemləri İnstitutunda baş mühəndis işlədi. 1961–1964– illərdə Azərbaycan Neft Sənayesi Elmi–Tədqiqat və Layihə İnstitutunun aspiranturasını bitirdi, dissertasiya müdafiə edərək geologiya mineralogiya elmləri namizədi adını aldı.

Alimgeoloq kimi Kərim Kərimov taleyini birdəfəlik neft geologiyasına bağladı, illər keçdikcə yeni neftqaz yataqlarının geofiziki üsullarla kəşfi ilə bağlı 1965–1992–ci illərdə Azərbaycan Geofizika Elmi–Tədqiqat və layihə İnstitutunda baş elmi işçi, bölmə, laboratoriya və şöbə müdiri vəzifələrində çalışdı. 1975–ci ildə doktorluq dissertasiyasını müdafiə etdi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ilk vaxtlarında 1992–ci ilin oktyabrında Dövlət Neft Şirkətinin tərkibində Baş Geofizika İdarəsi yarananda kollektivin ümumi etimadı ilə Kərim müəllim bu idarəyə rəis vəzifəsinə seçildi. İdarə ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının tələbləri ilə bağlı 1994– ildə Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinə çevriləndə Kərim Kərimov novator alim və bacarıqlı təşkilatçı kimi özünü doğrultduğuna görə bu məsul quruma baş direktor təyin olundu.

Qısa müddətdə alimin rəhbərliyi ilə “Əsrin müqaviləsi” və digər neft müqavilələrinin əhatə etdiyi yataqların hüdudları, ehtiyatları işlənib hazırlandı. Kərim Kərimovun birbirinin ardınca elan etdiyi rəqəmlərin miqyası nəinki kənardakı əleyhdarlarımızın qısqanclığına səbəb oldu, hətta daxildə də bəzilərində inamsızlıqla qarşılandı.

Geoloqalim qəti bir inamla bildirdielmi nəzəri cəhətdən sübuta yetirdi ki, yataqların neft ehtiyatı səkkiz milyard tondan, qazın həcmi isə on beş trilyon kubmetrdən az ola bilməz. O bu qənaətində təkcə rəhbərlik etdiyi kollektivin proqnozlarına deyil, həm də, uzun illərdən bəri şəxsən apardığı elmi işlərin nəticələrinə arxalanırdı. Ümummilli lider Heydər Əliyevin daha bir uzaqgörənliklə, müxtəlif təzyiqləri dəf edərək imzaladığı neft müqavilələrinin ilk uğurları Kərim Kərimovun haqlı olduğunu təsdiqlədi.

Bədxahlarımız Azərbaycanı dünya birliyinə bağlayacaq, yəni neft qaz kəmərlərinin çəkilməsinin qarşısını almağa cəhd edərkən Kərim müəllim susmadı. O, Azərbaycanın bu kəmərləri dolduracaq, hətta ondan da artıq neft ehtiyatları olduğunu ölkəmizdə və xaricdə keçirilən elmi məclislərdə dönə–dönə bəyan etdi.

Kərim müəllimin ovaxtkı bəyanatlarından birindəki mülahizələrini indi də həyəcansız oxumaq olmur: “Son zamanlar müəyyən qüvvələr ölkəmizdə və ondan kənarlarda intensiv olaraq şaiyə yayırlar ki, guya, Azərbaycanda, o cümlədən onun Xəzər bölməsində nəzərdə tutulan neft ehtiyatı yoxdur. Belə bir hayküy, şübhəsiz ki, mənfur bir məqsədə xidmət edir. Neft sənayemizə sərmayə qoymaq istəyənləri faktiki olaraq belə fikirdən, çəkinməyə çağırırlar, Bunların hamısına obyektiv cavab verməyi mən özümə vətəndaş və alim borcu bilirəm”.

Kərim Kərimov artıq neçə illərdir ki, elmlər doktoruprofessordur. Milli Elmlər Akademiyasının müxbir üzvi, Şərq Neft Akademiyasına, Avropa Elmlər Akademiyasına, Beynəlxalq Ekoenergetika Akademiyasına–Lütfi Zadə adına Akademiyaya həqiqi üzv seçilib. Müxtəlif ölkələrin neftgeofizika cəmiyyətlərinin üzvüdür. Amerika Bioqrafiya İnstitutuKembric Universiteti, yerlimizi dəfələrlə “İlin adamı” seçmiş, medallarla təltif etmişdir. O, Azərbaycan Milli Geofizika Komitəsinin prezidenti, “Geofizika yenilikləri” jurnalının yaradıcısı, bir sıra qəzet jurnalların redaksiya heyətinin üzvüdür.

Öz sahəsində yeni istiqamət açan alim 19 elmlər namizədi və doktoru yetişdirmişdir. O, neft geologiyası sahəsində 500–dən çox elmi əsərin, 11 monoqrafiyanın 20 müəlliflik şəhadətnaməsi və patentinin (ikisi beynəlxalq olmaqla) müəllifidir.

Yusif Məmmədəliyev adına və Sülhü Müdafiə Komitəsinin mükafatlarına və çoxsaylı təltiflərə layiq görülüb. Bunların içərisində Prezident Heydər Əliyevin imzaladığı fərman ilə layiq görüldüyü müstəqil Azərbaycanın “Şöhrət” ordenini ayrıca qeyd etmək lazımdır.

Kərim Məmmədxan oğlu dünya geoloqları və geofizikləri arasında tanınmış alimdir. O, neft geologiyasının, regional geologiyanın, geotektonikanın, neftqaz yataqlarının geofiziki üsullarla axtarışı problemlərinin geniş diapazonlu müxtəlif məsələləri üzrə elmi–tədqiqat işləri aparmışdır.

Alim Yer litosferinin quruluşu və inkişafının, Yer qabığının termodinamiktermobarik vəziyyətinin öyrənilməsi üçün geofiziki informasiyanın tətbiqi üsulları kompleksini işləyib hazırlamışdır.

Geoloqalim 1974– ildən etibarən böyük dərinliklərdə yatan çöküntülərin quruluşneftlilik və qazlılığının geniş miqyaslı və məqsədyönlü geolojigeofiziki tədqiqatları ilə məşğuldur. Onun elmi işlərində anomal yüksək lay təziyiqinin və temperaturunun təbiəti barədəki təsəvvürlər yeni baxımdan nəzərdən keçirilmişinkişaf etdirilmiş, təzyiq və temperaturun çöküntü qatının müxtəlif hissələrində paylanması və yerləşməsi qanunuyğunluqları, onların neft axtarışı işlərində istifadə olunması imkanları tədqiq olunmuşdur.

Professor neft geologiyası elmi tarixində də ilk dəfə olaraq qumlugilli süxurların elektrik xüsusiyyətləri ilə əlaqədar iki geoloji effekt müəyyən etmişdir. Hər iki effekt neftqaz axtarışı və kəşfiyyatı işləri üçün böyük elmi–nəzəri və praktiki əhəmiyyət kəsb edir. O, Azərbaycanın, keçmiş SSRİ–nin ona bitişik cənub ərazilərinin dərinlik geoloji quruluşunun kompleks geolojigeofiziki tədqiqat məlumatları əsasında öyrənilməsi üzrə böyük aparmışdır.

Zaqafqaziyanın depressiya zonaları və onlara bitişik ərazilər üzrə olan geniş geolojigeofiziki materialların birgə baxılması, elmi analizi və yenidən interpretasiyası əsasında Yer qabığındakı seysmik sərhədlərin yeni stratifikasiyasını vermişdir. Bu sahədə alimin xüsusi xidmətlərindən biri çökmə süxurlar qatının aşağılarında müşahidə edilən seysmik sərhədinin ilk dəfə olaraq stratiqrafik vəziyyətinin müəyyən edilməsi və bu sərhədin Yura və Təbaşir çöküntülərinin kontakt səthinə aid edilməsidir.

Kərim Kərimovun zəlzələlərin baş verməsinin qabaqcadan öyrənilməsinə dair yeni metodikası seysmologiya elmində yenilik kimi dəyərləndirilmişdir.

Kərim müəllim hazırda ARDNŞ–in GeofizikaGeologiya İdarəsində elmi işlər üzrə baş müşavir işləyir. O, Azərbaycan neftqaz ehtiyatlarının yenidən qiymətləndirilməsi və neft strategiyasının uğurlarının geniş təbliği ilə bağlı fəaliyyətini davam etdirir.

Görkəmli alimin “Azərbaycanın neftqaz potensialı” adlı fundamental monoqrafiyası artıq 8 dildə (Azərbaycan, türk, rus, ingilis, alman, fransız, ərəb və fars) işıq üzü görmüşdür.

Kərim Kərimovun eyni zamanda 6 minə yaxın karikaturasiyasi plakat yaratması onu dünyada Azərbaycan incəsənətinin də görkəmli xadimi kimi tanıtmışdır.

Görkəmli fırça ustasının rəsmləri “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin, terror təşkilatlarının himayədarlarını ifşa edir.

Rəssam öz satirik karikaturalarında açıq–aşkar bir daha göstərir ki, ermənilər hansı fitnəkarlığa əl atırlarsa–atsınlar, Azərbaycan xalqının iradəsini qıra bilməyəcəklər. Azərbaycan xalqı öz torpaqlarını azad etməyənə qədər bu yoldan dönməyəcəklər. Karikaturaçı rəssam Kərim Kərimovun Bakıda, Moskvada, İstanbulda, SankPeterburqda və digər şəhərlərdə keçirilən çoxsaylı sərgiləri sülh tərəfdarlarının, hümanist insanların böyük rəğbətini qazanmışdır.

Ömrünün ən müdrik çağlarını yaşayan Kərim müəllim bu gün də Azərbaycanımızın çiçəklənməsi naminə əzmlə çalışır, gözəl sənət əsərləri yaradır. Bu, doğma Vətənə olan böyük sevgi, sədaqət hissidir.

 

Rauf İlyasoğlu

 

Respublika.- 2013.- 5 iyun.- S.11.